Şahin Mustafayev Ukraynaya səfər edəcək

17:04 - 9 Mart 2017 - İQTİSADİYYAT

Martın 12-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedəcək. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxildir.Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, biznes forum təşkil ediləcək.

Xəbər xətti