Ana səhifə
19 Noyabr 2018

“Ər quyusu” filmi Mingəçevirdə nümayiş olundu

Paytaxt kinosevərlərinin  ötən ay izləyib tanış olduqları “Ər quyusu” filmi bu dəfə mingəçevirli pərəstişkarların görüşünə getdi. 
Yazıçı Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında ekranlaşdırdığı “Ər quyusu” adlı ilk ekran işini bu fədə Mingəçevir Dövlət Dram Teatrının kino zalına toplaşan filmsevərlər izləmək şansı qazandılar.
8 Mart – Beynəlxalq Qadınlar Gününə təsadüf edən qala gecəsində tamaşaçı qismində də elə əsas etibarilə Mingəçevir xanımları iştirak edirdilər.
Qala gecəsində tamaşaçılarla görüşə filmin ssenari müəllifi və rejissoru  Səidə Haqverdiyeva ilə yanaşı ekran işinin baş rol ifaçılarə Ülviyyə Əliyeva, Rəsmiyyə Nurməmmədova, Cavid Telman, Könül Şahbazova və digərləri getmişdilər.
Mingəçevirli kinosevərlər qarşısında çıxış edən sevilən aktrisa Ülviyyə Əliyeva film barədə məlumat verdi və hər kəsi martın 19-dək hər gün iki seans olmaqla nümayiş etdiriləcək məşiət mövzulu tragikomik filmə baxmağa dəvət etdi.
Pərəstişkarlar üçün təşkil olunan imza mərasimindən sonra filmə baxış keçirildi. Anşlaqla keçən qalanın tamaşaçıları sonda sevimli kino qəhrəmanları ilə şəkil çəkdirib ünsiyyət qurmaq imkanı da qazandılar.
Qeyd edək ki, bu film ssenarist-rejissorun ilk ekran işidir və özündə 90-cı illərin nostalji yaşam tərzini əks etdirir. Əsas etibarilə qızların ərə getməməsi məsələsini sarkazmla ekrana köçürən rejissor beləcə qəhrəmana çevirdiyi 6 qızı olan ailənin əslində dramatik durumunu ustalıqla əks etdirməyə nail olub.
Tammetrajlı bədii filmin quruluşçu operatoru Rəşad Qarayev,  bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimlidir.
Filmdə əsas rolları  Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Cavid Telman, Könül Şahbazova, Zemfira  Əbdülsəmədova və digərləri oynayır.

 

Tarix
9 Mart 2017 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin