Ana səhifə
23 Sentyabr 2018

AŞPA-da erməni rüsvayçılığı

Ermənistan mətbuatı keçən həftə Ermənistan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasından qovulması məsələsinə ciddi diqqət yetirib. 

ANS PRESS-in məlumatına görə, gündəlik dərc olunan “Joxovurd” qəzeti buna xüsusi məqalə həsr edib. Məqalədə AŞPA-da Ermənistan nümayəndə heyətinə başçılıq edən Ermine Naqdalyanın Strasburqda üzləşdiyi biabırçılıqdan bəhs edilir. “Keçən həftə Strasburqda baş verənlər sadəcə biabırçılıq idi və bunun üçün ən azı istefa vermək lazım idi”. 
Müəllifin yazdığına görə, Ermine Naqdalyan AŞPA-nın siyasət komissiyasında müzakirəyə qoyulan “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş torpaqlarında zorakılıq hallarının artması” adlı məruzə-qətnamənin müzakirəsi zamanı ağılsızlıq edib. Məruzənin adının dəyişdirilməsinə çalışan erməni xanım tərbiyəsiz ifadələr işlədib və buna görə də Ermənistan nümayəndə heyətinin mikrofonları söndürülüb, müzakirənin erməni dilinə tərcüməsi dayandırılıb və Ermənistan nümayəndə heyəti zaldan çıxarılıb. 

Tarix
8 Oktyabr 2014 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin