ABŞ səfiri: "Dağlıq Qarabağ problemi çox uzandı"

12:28 - 9 Mart 2017 - SİYASƏT

“Dağlıq Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”. Ucnoqta.az-ın Apa-ya istinadən xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini xatırladıb.
“Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”, - deyə o bildirib.

Xəbər xətti