Cəlilabadda ayağı amputasiya edilmiş kişi özünü güllələyib

11:48 - 9 Mart 2017 - HADİSƏ

 Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, rayonun Alar kənd sakini, 1958-ci il təvəllüdlü Təvəkkül Quliyev tapança ilə özünü güllələyərək intihar edib.
"Report"un əldə etdiyi məlumata görə, T.Quliyev şəkər xəstəsi imiş. Bir müddət əvvəl onun ayaqlarından biri amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti