Həmsədrlərin Azərbaycana səfərinin vaxtı açıqlanıb

16:39 - 7 Mart 2017 - SİYASƏT

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) martın 11-də Azərbaycana səfər edəcəklər. Bu barədə Apa-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Nazir həmsədrlərin Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparacaqlarını söyləyib.
Qeyd edək ki, həmsədrlərin bu ay Ermənistana da səfəri nəzərdə tutulur.

Xəbər xətti