8 Martda hava necə olacaq?

16:01 - 6 Mart 2017 - ÖLKƏ İÇİ

Martın 8-də Azərbaycanda hava şəraiti mülayim və sabit olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında hava sabit keçəcək, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.
Bakıda havanın temperaturunun gündüz 10-15, Aran rayonlarında 12-17, dağlıq rayonlarda isə 7-12 dərəcə isti olacağı gözlənilir.

Ümumilikdə bayram günü hava şəraiti ölkə üzrə mülayim, sabit, əsasən yağmursuz olacaq.

Xəbər xətti