Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi lazımdır"

15:24 - 6 Mart 2017 - SİYASƏT

 "Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqi lazımdır". Ucnoqta.az "report"a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov keçirdiyi görüşdən sonra Moskvada mətbuat konfransında deyib. Azərbaycan XİN başçısı rusiyalı həmkarının danışıqların substantiv olmasının zəruriliyi ilə bağlı fikirləri ilə razılaşıb.

Onun sözlərinə görə, əsaslı danışıqlar qoşunların təmas xəttindəki gərginlik nəticəsində həlak olan hərbçilərin həyatını xilas edə bilər.
E.Məmmədyarov Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının mütləq olduğunu xatırladıb.
Eyni zamanda Azərbaycan XİN başçısı qeyd edib ki, Ermənistan tərəfinin ritorikası sülhə doğru etdiyimiz hərəkətə uyğun gəlmir.

Xəbər xətti