Avtomobil piyadanı vuraraq öldürdü - Bakıda

12:59 - 6 Mart 2017 - HADİSƏ

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Ucnoqta.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Həsənbala Məclumov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Rahib Eyyubovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti