Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

12:58 - 6 Mart 2017 - HADİSƏ

Göygöl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə martın 4-də saat 20 radələrində rayonun Quşqara kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Məzahir Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən Gədəbəy rayon sakini Bəylər Haqverdiyevi vurub. Nəticədə B.Haqverdiyev hadisə yerində ölüb. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti