ABŞ-da Tramp tərəfdarları və əleyhdarlarının marşından sonra 22 nəfər saxlanılıb

11:15 - 5 Mart 2017 - DÜNYA

 ABŞ-da prezident Donald Trampın tərəfdarları və əleyhdarlarının marşı zamanı baş verən toqquşmalardan sonra 20-dən çox insan polis tərəfindən saxlanılıb.Ucnoqta.az  "Associated Press"ə istinadən xəbər verir ki, marşlar şənbə günü bütün ölkə üzrə keçirilib, lakin ciddi toqquşmalar qeydə alınmayıb.Prezident tərəfdarlarının "Tramp uğrunda marş" adı altında keçirilən aksiyalar Nyu-York, Neşvill, Boston, Denver və Mayami də daxil olmaqla təqribən 50 şəhərdə keçirilib.Kaliforniya ştatının Berkli şəhərində marş zamanı tərəflər arasında qarşıdurma baş verib, ən azı 7 nəfər xəsarət alıb. Saxlanılanların üzərindən toxmaq, metal boru və lövhələr də daxil olmaqda müxtəlif təhlükəli əşyalar götürülüb.

Xəbər xətti