FED: "... bu olsa dolların uçot dərəcəsi bahalaşacaq"

11:25 - 4 Mart 2017 - DÜNYA

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artıracaq. Bu barədə FED-in rəhbəri Canet Yellen bildirib. "Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəs iartırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa uçot dərəcəsinin artırılması labüdləşəcək””, deyə C.Yellen vurğulayıb.
Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.Xezerxeber.az

Xəbər xətti