Dünya birjalarında neft bahalaşıb

10:10 - 4 Mart 2017 - İQTİSADİYYAT

Brent neftinin qiyməti 56 dollara yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar və ya 1,37% artaraq 53,33 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar və ya 1,49% artaraq 55,90 dollar olub.

Xəbər xətti