Ana səhifə
22 Sentyabr 2018

Millimiz Norveçin qarşısına bu heyətlə çıxacaq

Azərbaycan milli komandasının Avro-2016 seçmələri çərçivəsində Norveç yığmasına qarşı keçirəcəyi oyundan əvvəlki son məşqi olub. 
 

 

“Qafqazinfo” derbi.az-a istinadən xəbər verir ki, ilk 20 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olan məşqdə maraqlı bir hal müşahidə olunub. İsinmə hərəkətlərindən sonra qruplara bölünərək qısa ötürmələr üzərində çalışan yığma komandada oyunçular şərti olaraq “qırmızılar” və “göylər”dən ibarət iki qrupa bölünüblər.

Müşahidələrdən belə nəticə çıxarmaq olar ki, “qırmızı” formalı oyunçular sabah yığmanın start heyətini müəyyənləşdirəcək oyunçulardır.

Əgər təxmin elədiyimiz kimidirsə sabah millinin ilk onbirliyində aşağıdakı oyunçuları görəcəyik.

Qapıçı: Səlahət Ağayev

Müdafiəçilər: Mahir Şükürov, Elvin Yunuszadə, Rəşad Sadıqov, Maksim Medvedev

Yarımmüdafiəçilər: Dmitri Nazarov, Ruslan Abışov, Rahid Əmirquliyev, Araz Abdullayev, Cavid İmamverdiyev

Hücumçu: Rauf Əliyev

 

Tarix
16 Noyabr 2014 [08:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin