Ana səhifə
18 Yanvar 2018

“Stalinin başı” macəra komediyasının premyerası keçirildi

Bakıda “Nizami” kinoteatrında «Stalinin başı» komediya filminin uğurlu  premyerası keçirilib.  Qala-gecədə filmin bədii kollektivi, şou-biznes ulduzları, aparıcılar, idmançılar və KİV nümayəndələri iştirak etmişdir.
Təqdimatdan öncə bədii kollektiv qonaqların alqış sədaları altında qırmızı xalça üzərindən keçib, filmi stendi qarşısında şəkil çəkdirmişdilər və pərəstişkarları ilə selfi etmişdilər.
Gecənin açılışında İlkin Həsəni çəkilişlərin Bakıda, Qusar rayonunda, “Şahdağ” turistik mərkəzində və Qoridə (Gürcüstan) İosif Stalinin muzeyində baş tutduğunu bildirmişdir. Çəkiliş meydançasında baş vermiş maraqlı əhvalatlar ilə bölüşmüşdür  və bütün bədii kollektivə görülmüş işə görə, qonaq və jurnalistlərə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmişdir. 
Komediyanın baş qəhrəmanları “Bozbash pictures” yumoristik layihəsinin yaxın dostları olublar. Hansıların ki, əllərinə yoldaş Stalinin trubkası ilə birgə vəsiyyətnaməsi düşür. Belə ki, bu trubka - partiyanın böyük xəzinəsinə açardı, hansı ki, Gürcüstanın Qori şəhərində yerləşən İosif Stalinin doğma evində gizlədilib.  Çətinlik isə odur ki, altı dost hamısı türmədədirlər. Və onda onlar qaçış planlaşdırırlar! Lakin onların hər biri özü sahib olmaq istəyir xəzinəyə, ona görə,  bir-birilərinə quyu qazırlar. Bakıdan Qoriyə kimi yolda onları xeyli macəra gözləyir...  Bu azmış kimi, onları kolon müdiri təqib edir. 
Film İLK Media və ATV tərəfindən çəkilib. İşin rejissoru – Emil Abdullayev. Rollarda: İlkin Həsəni, Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, Azər Baxşaliyev, İlkin Misgərli, Ənvər Abbasov, Ülfət Bəşir, Yaroslav Trifonov və başqaları.
Premyera tamaşaçıların gurultulu alqışları altında keçib. 

 

Tarix
3 Mart 2017 [12:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ