Türkiyədə ardıcıl 4 zəlzələ

16:30 - 2 Mart 2017 - DÜNYA

Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5.5 bal gücündə zəlzələ baş verib.Trend-in məlumatına görə, bundan sonra 4.2, 3.8 və 4.4 bal gücündə ardıcıl yeraltı təkanlar olub. Zəlzələ Qaziantep, Batman, Şanlıurfa və Kahramanmaraş vilayətlərində də hiss edilib.
Adıyaman bələdiyyəsinin sədri Hüsrev Kutlu ilkin məlumata əsasən xəsarət alanın olmadığını bildirib.

Xəbər xətti