Moskvada tunel çökdü - 1 ölü

13:03 - 2 Mart 2017 - DÜNYA

Moskvada tunel tikintisi zamanı konstruksiyanın çökməsi nəticəsində bir nəfər həlak olub. Qəza Kaluqa şossesində tikinti sahəsində olub, 40 kvadrat metrlik konstruksiya çöküb. Tunelin eni 20 metr, dərinliyi 500 metr təşkil edir.
Qəza yerində başqa insanların olduğu ehtimal edilir. Bir nəfərin itkin düşməsi barədə də məlumat verilib.
Bölgəyə tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Xəbər xətti