Ana səhifə
26 Sentyabr 2018

Azərbaycanın inkişafı istiqamətində aparılan uğurlu siyasət

Mübariz Əhmədoğlu: Azərbaycan geosiyasətdə özünün imkan və statusunu daha yüksək pilləyə qaldırmağa nail olub

 

Azərbaycan geosiyasətdə özünün imkan və statusunu daha yüksək pilləyə qaldırmağa nail olub. Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. Politoloq qeyd edib ki, bu, Azərbaycanın ümumilikdə inkişafı istiqamətində aparılan uğurlu siyasət və indiki konkret zamanda Azərbaycanın ali siyasi rəhbərliyinin atdığı addımların nəticəsidir: “Cənub Qaz dəhlizinin təməlqoyma mərasimi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm addım atdı. Eynilə həmin bu dövrdə Rusiya-Azərbaycan münasibətlərindəki aktivlik bütün tarix boyu ən pik nöqtəsinə çatdı. Türkiyə hərbi aviasiyası Azərbaycandakı hərbi təlimlərdə iştirak etdi. Bu, paradoksdur”.
M.Əhmədoğlunun sözlərinə görə, Cənub Qaz dəhlizinin orijinal və ya spesifik xüsusiyyətləri var: “Birincisi, layihədə iştirak edən Avropa dövlətlərinin hamısı geosiyasi ambisiyası olmayan dövlətlərdir. ABŞ rəsmisinin bu tədbirdə iştirakı ənənədir. Böyük Britaniya isə “Şahdəniz-2” layihəsinin operatoru olan BP-nin sahib ölkəsidir. Azərbaycan qazının nəql olunduğu və qazı alacaq ölkələrin hamısı imkanlarına görə Azərbaycan o qədər də çox fərqlənmirlər. İkincisi, Azərbaycan qazı keçdiyi ölkələrdə istehlakçıyadək çatdırılacaqdır. Bu ölkəmizin qaz bazarı üçün əlavə etibar və əlavə təminat deməkdir”.
Politoloq əlavə edib ki, Bolqarıstan Prezidenti Rosen Plevneliyevin Azərbaycanda Prezident İlham Əliyevlə görüş vaxtı, eləcə də Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində sevincini müşahidə etmək Azərbaycanın hansı geosiyasi statusda olduğunu dərk etməyə imkan verir: “Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya, Monteneqro, Bolqarıstan, Böyük Britaniya və ABŞ təmsilçiləri iştirak etdilər. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində iştirak edənləri “bizim komanda” adlandırdı. Bu həqiqətən İlham Əliyevin komandasıdır”.
Politoloqun sözlərinə görə, Türkiyənin TANAP-a verdiyi qiymət mühüm geosiyasi çəkiyə malikdir: “Azərbaycan və Türkiyə Qafqazla Balkan regionunu birləşdirdilər. Rusiyanın yüksəkçinli təmsilçilərinin Azərbaycana səfəri də məhz bu dövrə düşdü. Rusiya Baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın Rusiya tərəfdən həmsədri Dmitri Roqozin Bakıda Rusiya ilə Azərbaycanın enerji mənbələrini birləşdirmək sahəsində təkliflə çıxış etdi. Moskva meri A.Sobyanin Azərbaycana Moskvanın ərzaqla təminində böyük ümid bəslədiyini bildirdi. Məhz bu niyyətlə də Bakıya səfər etmişdi. Uzun müddət ermənilərin diqtəsilə Azərbaycana qarşı şər böhtan atmış, qarayaxma kompaniyası aparmış Vladimir Jirinovski də Bakıda oldu. Onun səfəri Rusiyanın ictimai-siyasi mühitinin Azərbaycanın maraqları prizmasından nə qədər dəyişdiyinin mühüm göstəricisidir. V.Jirinovski Bakıya gəlməklə Azərbaycan Prezidentinin siyasətinin uğurunu etiraf etdi. Prezident İlham Əliyevin siyasətinin uğurunu ən qatı düşmənləri etiraf edirlər. V.Jirinovskinin Bakıya gəlməkdə şəxsi korporativ maraqları da ola bilər. Yüksək natiqlik qabiliyyətinə malik, populyar siyasətçi Rusiyada Azərbaycana qarşı neqativ fikrin ləğv edilməsi istiqamətində mühüm rol oynaya bilər”.
M.Əhmədoğlu əlavə edib ki, Rusiyadan gələn digər çoxsaylı şəxslər də Rusiya-Azərbaycan münasibətlərinin dinamikasının yüksək səviyyəsini göstərdi.
Politoloqun sözlərinə görə, sentyabr ayının Rusiyanın Azərbaycana münasibətdə bütün tarix boyu ən aktiv ay hesab etmək olar: “Rusiyalı televiziyalı mütəxəssislər, tanınmış idmançılar Bakıda oldular. Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda keçirilən Xəzər sammitində iştirakını üç kateqoriyaya bölmək olar: Birincisi, Həştərxan şəhərində keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər. İkincisi, IV Xəzər sammitində iştirak. Üçüncüsü, Rusiya Prezidenti Vladimir Putinlə görüş. Həştərxan şəhərindəki tədbirlərdə Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin indiki üstün səviyyəsinə praktiki dəyər verdi. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Rusiya-Azərbaycan münasibətlərini xarakterizə edən vacibi geosiyasi fikir səsləndirdi; Rusiya-Azərbaycan münasibətləri indiki geosiyasi həssas dövrdə, Rusiyanın iqtisadiyyatının problemli olduğu vaxtda inkişaf edir. Başqa sözlə V.Putinin dediyinin beelə başa düşmək olar ki, Azərbaycan Rusiyanın problemli olmasını görür, bununla yanaşı Azərbaycan Rusiya ilə əlaqələri inkişaf etdirir”.

 

Emin

Tarix
8 Oktyabr 2014 [15:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin