SOCAR: "Ceyhan nefti 70 faiz bahalaşıb"

17:53 - 1 Mart 2017 - İQTİSADİYYAT

SOCAR fevral ayında dünya bazarında xam neftin qiymətlərini açıqlayıb. Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 55,11 dollara, Urals nefti 54,01 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 56,63 dollara satılıb.
Qeyd edək ki, yanvarda dünya bazarında Brent tipli xam neftin 1 bareli 54,67 dollara, Urals nefti 53,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 55,14 dollara satılıb. Beləliklə, ay ərzində Brent tipli neftin qiyməti 0,8%, Urals neftinin qiyməti 0,65%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 2,7% artıb.
Ötən ilin fevralında ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 32,48 dollara, Urals nefti 31,26 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 33,43 dollara satılıb. Beləliklə, il ərzində Brent tipli neftin qiyməti 16,67%, Urals neftinin qiyməti 72,77%, BTC FOB Ceyhan tipli xam neftin qiyməti isə 69,4% artıb.

Xəbər xətti