Ana səhifə
19 Noyabr 2018

Azərbaycanlı Müğənniyə sevişmək təklif etdilər

Müğənni Yaşar Cəlilov əsəbiləşib.

Ucnoqta.az xəbər verir ki, buna səbəb ifaçıya “Facebook” sosial şəbəkəsində bəzi qızların yazdığı mesajlar səbəb olub. Yaşar da etmə tənbəllik, həmin qızların cavabını elə “Facebook” vasitəsilə verib, yəni status yazıb:

“Əziz dostlar, heç vaxt istəməzdim ki, bu mövzuda status yazım. Düzü, 2 ay öncəyə qədər sosial şəbəkələrdə olan profillərimdə 1994-cü il təvəllüddən yuxarı olan xanımların dostluq təklifini qəbul etmirdim. Hətta azyaşlıları “blok” edirdim. Səbəb isə mənə və sənət yoldaşlarıma hörmətsiz yanaşmaları idi. 2 aydır yaşından asılı olmayaraq hər bir xanımın dostluğunu qəbul edirəm. Nəticə göz qabağıdadır. Ən böyük tərbiyəsizlyi elə bu qızcığazlar edirlər! Qanın qaynayan vaxtı, yana - yana “Facebook”a girib oğlan sevmək iddiasında olan yaşı 18-ə çatmayan qızlar məni bezdiriblər. Məni hər gün bir porno videoya işarələyirlər... Sizə hələ “inbox”a yazılan məktubları demirəm...

Xeyli müddətdir ki, “Facebook”dan istifadə edirəm. Tam əminliklə deyirəm ki, ən tərbiyəsiz mesajlar, sevgi etirafları, sevişmək təklifləri yazanların 95 faizi yaşı 18 olmayan xanımlardır... Sözlərimə inanmayanlara sübut edərəm. Bəsdirin qızcığazlar! Sizə görə sosial şəbəkələrdə hamının adı pis olur. Sizin əlinizdən 2 aydır səhifəmdə şəkil paylaşa bilmirəm. Ağzınıza gələni yazırsınız. Sözüm səhifəmdə “çaşan”, tərbiyəsizlik edən azyaşlı qızlaradır! “Facebook”da vaxt keçirincə gedin ata-ananızın yanında  tərbiyə alın”.(Tabloid.az)

 

Tarix
15 Noyabr 2014 [22:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin