Ana səhifə
17 Noyabr 2018

Musiqili Teatrda Əməkdar artistin yubileyi qeyd olunub

Azərbayan Dövlət Musiqili Teatrında Əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu ucnoqta.az-a bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev mərasimi açıq elan edərək Novruz Qartalın həyat və yaradıcılığından söz açıb. “Novruz Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir. Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə, tamaşaçılar qarşısında keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir. Bu gün 70 yaşını qeyd etdiyimiz Novruz Qartal belə xoşbəxt insanlardan biridir. Ona can sağlığı və daim bu cür gümrah olmağı arzulayırıq”, - deyə Əliqismət Lalayev çıxışında söyləyib.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini cənab Ədalət Vəliyev Novruz Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xaql artisti Azər Paşa Nemətin imzaladağı Fəxri fərman yubliyara təqdim olunub. Daha sonra Novruz Qartalın sənət dostları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, habelə Təbriz Teatrının rəhbəri, İran İslam Respublikasında yaşayan soydaşlarımızın sevimli gülüş ustası Babək Nəhreyn, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov və başqaları onun həyat və yaradıcılığı haqqında çıxış edərək, ən səmimi arzularını bildiriblər. 
Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Ələsgərli və Nərgiz Kərimovanın ifaları tədbirə xüsusi rəng qatıb. Novruz Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.
Qeyd edək ki, Novruz Əliyev (Qartal) 1947-ci ildə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır. Epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi tanınan Novruz Qartal Azərbaycan, eləcə də müxtəlif xarici dramaturqların əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. Buna misal olaraq "Toy kimindir” tamaşasında Qoşun, "Durna”da Dursun, "Hicran”da Balaəmi, "Lənət şeytana”da İsrafil, "Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, "Sevindik qız axtarır”da Tələbə, "Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç, "92 dəqiqə gülüş”də Xəstə, "On min dollarlıq keyf”də Dayıoğlu, "Hərənin öz ulduzu”nda Kələntər, "Dəli dünya”da Tın-Tın Əsəd, "O olmasın, bu olsun”da Məşədi Qəzənfər, "Bankir adaxlı”da Dilənçilər padşahı, "Əlin cibində olsun”da Dilənçi, "Məhəbbət oyunu”nda Daşdəmirov, "Volqalı canan”da Müqəddəsov, "Aldın payını, çağır dayını”da Əhmədi Biqəm, "Şeytanın yubileyi”ndə Şivan, “O olmasın, bu olsun”da Qəzənfər və s. rollarını qeyd etmək olar. 
Novruz Qartal Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısıdır.

 

Tarix
1 Mart 2017 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin