Sumqayıt sakini 100 dollar satdığı üçün saxlanılıb

12:52 - 1 Mart 2017 - HADİSƏ

Bakıda 100 ABŞ dollarını 178 manata satmaq istəyən Sumqayıt sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 28-də paytaxtın Nizami rayonu ərazsisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami RPİ əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.

Xəbər xətti