"Dilarə" "Vicdan haqqı"ndan ayrıldı

12:10 - 1 Mart 2017 - MAQAZİN

Əməkdar artist Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialından ayrılıb.Ucnoqta.az-ın xəbərinə görə, axşam.az-a açıqlama verən aktrisa layihədən ayrılmasının ondan asılı olmadığını bildirib:
"Günlərdir ki, tamaşaçılardan yüzlərlə mesaj alıram. Hər kəs seriala qayıtmağımı istəyir. Onu deyə bilərəm ki, serialdan ayrılmağım mənim istəyimlə baş verməyib".
K.Müzəffər əlavə edib ki, hazırda həyat yoldaşı ağır xəstədir və sabah əməliyyat olunacaq.
Qeyd edək ki, aktrisa serialda "Dilarə" obrazını canlandırır. Ötən həftə 43-cü seriyası yayımlanan ekran işində K.Müzəffər yer almayıb.

Xəbər xətti