Bu kanal sabah yayıma başlayır - Azərbaycanda

15:19 - 28 Fevral 2017 - MEDİA

TRT 1 televiziya kanalının Azərbaycanda yayımı sabahdan bərpa olunacaq. Azərbaycanın Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Türkiyənin Radio, Televiziya Yayımı arasında əldə olunan razılaşmaya əsasən, TRT 1 telekanalının martın 1-dən etibarən Azərbaycanda sosial paket daxilində yayımı təmin ediləcək. Qeyd edək ki, rəqəmsal yayımla bağlı müqaviləsi olmadığına görə ötən il noyabrın 1-dən TRT 1-in Azərbaycanda yayımı dayandırılmışdı.

Xəbər xətti