Şəhid baş leytenantın cənazəsi 5 saatdır hava limanında qalıb

12:58 - 28 Fevral 2017 - ÖLKƏ İÇİ

Bu barədə Heydər Əliyev Hava Limanının Məlumat Mərkəzindən istipress-ə verilən məlumata görə, səhər saat 08.00-da Naxçıvana uçmalı olan reys Muxtar Respublikada hökm sürən dumanlı hava şəraiti səbəbindən təxirə salınıb. Növbəti reysin yaxın saatlarda baş tutacağı gözlənilir.

Saat 12:36

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Həşimlinin cənazəsi doğulduğu Ordubad rayonuna yola salınmasında problem yaranıb. Şəhidi yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında olanların Criminal.az saytına verdiyi məlumata görə, saat 8-dən 1000-ə yaxın adam şəhidə hörmət əlaməti olaraq onu Naxçıvana yola salmağa gəlib. Lakin şəhidin cənazəsi hələ də hava limanındadır. Səbəb kimi Naxçıvanda qatı duman olduğu və hava limanının təyyarəni qəbul edə bilməməsi göstərilir. AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski isə istipress-ə  bu barədə açıqlama verməkdən yayınıb. O, bu barədə rəsmi məktub yazılmasını istəyib. Hal-hazırda Naxçıvan sakinləri şəhidin cənazəsini qarşılamaq üçün avtomillərdə Azərbaycan bayrağı dalğalandıraraq Naxçıvan Hava Limanına axın edir.

 

Xəbər xətti