Ağstafada yol qovşağına işıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

11:04 - 28 Fevral 2017 - ÖLKƏ İÇİ

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur. O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib. "Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib. Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.


Xəbər xətti