Ana səhifə
24 Aprel 2018

Təmas xəttində olan vitse-spikerdən son vəziyyətlə bağlı açıqlama

Təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar cəbhədə baş vermiş son hadisələri Ermənistanın Azərbaycan ərazisində olan təcavüzkar qoşunlarının təxribatçı hərəkətləri kimi qəbul edirlər.Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzulinin Qazaxlar kəndində olduğunu və bir neçə ərazi nümayəndəliyində seçicilərlə görüşdüyünü deyən B.Muradova son hadisələrin həmin ərazilərdə yaşayan əhali arasında hər hansı təlaşın yaranmasına səbəb olmadığını da açıqlayıb:
“İnsanlar həmişəki kimi gündəlik həyatlarını sürürlər. Əhali yüksək əhval-ruhiyyədədir, həyəcansız, təlaşsız yaşayırlar və burada real həyat var. Əhali Azərbaycan Ordusunun qüdrətinə güvənərək bu ərazidə yaşayır və Ali Baş komandana, onun rəhbərliyi ilə Ordunun Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edəcəyinə inanırlar”.
B.Muradovanın sözlərinə görə, təmas xəttinə yaxın bölgələrdə insanlar artıq neçə illərdir ki, gərginliklə müşahidə olunan həyat sürməkdədirlər. Ona görə də hansısa bir hadisə onların təlaşa düşməsinə şərait yaratmır:
“Ordumuz istənilən təzyiqin qarşısını alır və düşmənə ciddi zərbələr vurur. İnsanlar da əmindirlər ki, Azərbaycan Ordusu düşmənin istənilən təzyiqinin qarşısını almağa qadirdir”.
Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.
Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz olub.

Tarix
27 Fevral 2017 [17:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ