Ana səhifə
20 Noyabr 2018

Gələn il şəriət qaydaları ilə ipoteka krediti veriləcək


Behnam Qurbanzadə: “Gənc ailələr üçün ipotekanın müddətini 20-25 ilədək artıra bilərik”

Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamenti gələn il şəriət qaydaları ilə verdiyi ipoteka kreditinin müddətini ən azı iki dəfə artırmağı nəzərdə tutur. Bu haqda jurnalistlərə məlumat verən İslam Bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə bildirib: “Biz hazırda Beynəlxalq Bankın daxili ipoteka proqramı çərçivəsində 10-15 il müddətinə islam ipotekası təklif edirik. Bu proqram İslam Bankçılığı departamentinin fəaliyyətinə uyğunlaşdırılıb. Gələn il qanunvericiliyə dəyişiklik edildikdən sonra fəaliyyətimiz daha çevik olacaqdır. Biz bu halda, gənc ailələr üçün ipotekanın müddətini 20-25 ilədək artıra bilərik”.
B.Qurbanzadə islam ipotekası əməliyyatının necə aparıldığını da izah edib:
“Mənzillər öncədən bank tərəfindən alınır və sonradan icarə qaydasında müştərilərə satılır. ”
Şəriət qaydaları ilə verilən ipotekada ilkin ödənişin olduğunu deyən B.Qurbanzadə, “Gələcəkdə Beynəlxalq Bankın maliyyələşdirdiyi mənzil tikintisi layihələrində ilkin ödəniş daha aşağı olacaq” deyə davam edib.

Əfsun

 

 

Tarix
15 Noyabr 2014 [23:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin