Lənkəranda tank əleyhinə minalar tapılıb

12:51 - 27 Fevral 2017 - Xəbər

Bu gün səhər Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Lənkəran rayonunun Liman qəsəbəsi ərazisindəki sahil nəzarəti məntəqəsinin sərhəd naryadı tərəfindən əraziyə baxış zamanı 2 ədəd TM-62 markalı tank əleyhinə mina aşkar olunub.DSX-nın Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, minaların tapılması barədə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat verilib.
Ərazidə mühafizə təşkil olunur və həmin istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xəbər xətti