Azərbaycanda \"Auditor xidmət haqqında\" qanun dəyişəcək

11:23 - 27 Fevral 2017 - ÖLKƏ İÇİ

Hazırda Azərbaycan bazarında 65 hüquqi və 36 fiziki şəxs auditor xidməti göstərir. Bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib. 
Onun sözlərinə görə, auditor şirkətlərindən 14-ü son bir neçə ay ərzində yaradılıb və rəhbərlik etdiyi qurumdan lisenziya (xüsusi icazə) alıb: “Dünya təcrübəsində olduğu kimi Azərbaycanda da daha çox auditor şirkətlərinin sayı artır, sərbəst auditorların sayı azalır. Bu da təbiidir. Çünki özünə tərəfdaş, xüsusilə də xarici tərəfdaş tapmaq istəyən şirkətlər daha çox hüquqi şəxslərdən audit rəyi almağa çalışır”.
V.Novruzov onu da qeyd edib ki, Azərbaycanda “Auditor xidməti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur: “Bu istiqamətdə İqtisadiyyat Nazirliyi ilə birgə iş aparılır, qanun layihəsi hazırlanır. Hazırda bizdə kim istəsə auditor şirkəti aça bilər. Halbuki dünya təcrübəsində audit şirkətində azı 2 auditorun olması vacibdir. Daxili, qarşılıqlı nəzarət üçün bu, vacibdir və auditor qanunvericiliyi ona uyğunlaşdırılmalıdır. Əvvəllər Azərbaycanda azı 3 auditoruin olması şərt kimi qoyulurdu, sonradan tələbləri bir qədər liberallaşdırdıq, amma indi yenidən tələbləri sərtləşdirmək zərurəti yaranıb”.report

Xəbər xətti