“Alatava-Avtonəqliyyat” səhmdarlarına hesabat verəcək

11:06 - 27 Fevral 2017 - İQTİSADİYYAT

Aprelin 9-da, saat 12:00-da “Alatava-Avtonəqliyyat” QSC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, yığıncaq Cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində baş tutacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə hesabatının və nəticələrinin müzakirə edilməsi və digər məsələlər daxildir. Xatırladaq ki, “Alatava-Avtonəqliyyat” QSC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 188 536 manatdır.

Xəbər xətti