54 yaşlı kişi özünü zəncirlə asdı - Bakıda

11:03 - 27 Fevral 2017 - HADİSƏ

Bakıda 54 yaşlı kişi özünü zəncirlə asıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Nəsirov Yusif Təvəkkül oğlu özünü yaşadığı evin həyətində zəncirlə asaraq intihar edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Xəbər xətti