Ana səhifə
26 Sentyabr 2018

“İnsanlar ən çoxu gəlirinin yarısı qədər borc ala biləcəklər”

Rəşad Orucov: “Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarini konfortlu şəkildə ödəsinlər”

 

 

Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. Bunu jurnalistlərə açıqlayan Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov bildirdiyinə görə, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb: “Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10 faiz artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik”.

R.Orucov qeyd edir ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaq: “Bu tələbdən sonra hər bir şəxs sənəd ilə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək. Yəni, insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını konfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən aylıq gəlirlərinə və  onun hər ay borcların ödənilməsinə  nə qədər yönəldə biləcəyinə baxılacaqdır. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50 faizədək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcəklər. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 fazidir”.

Baş direktor vurğulayır ki, Azərbaycanda fəaliyyət göstərən prosesinq şirkətlərinin öz aralarında inteqrasiya edilməsi üzrə iş gedir: “Azərbaycanda olan prosesinq şirkətləri öz aralarında aparılan əməliyyatları kənar platformalara ehtiyac olmadan aparacaqlar. Bu, ilk növbədə kart əməliyyatları üzrə xərcləri azaltmağa imkan verəcək. Bu istiqamətdə işlərin gələn il başa çatacağı gözlənilir”.

O qeyd edir ki, Azərbaycanın prosesinq şirkətləri öz aralarında əməliyyatları müəyyən komissiya haqqı ödəyərək xarici platformalar üzərindən aparırlar. Bu da əməliyyatların maya dəyərini artırır.

Mərkəzi Bank rəsmisi vurğulayır ki, Azərbaycanın Mərkəzi Bankı avtomobil kreditlərinə tətbiq edilən yüksək ilkin ödəniş tələbini dəyişməyi nəzərdə tutmur: “Hal-hazırda biz bu tələblərin dəyişdirilməsi ilə bağlı bir məsələni nəzərdən keçirmirik. Hesab edirik ki, bazar yeni tələblərə adapdasiya olub və fəaliyət göstərir”.

Qeyd edək ki, yeni tətbiq olunan avtomobil kreditləri qaydalarına əsasən, yeni avtomobillərdə ilkin ödəniş 40-50 faiz, istehsal tarixindən bir il keçmiş avtomobillərdə isə ilkin ödənişin məbləği 80 faiz təşkil edir.

 

Əfsun

Tarix
15 Noyabr 2014 [19:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin