Ana səhifə
19 Noyabr 2018

KTN rəsmiləri Brüsseldə toplantıda iştirak edib

Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov və nazirliyin əməkdaşı Elçin Atababayev Avropa Komissiyasının təşkilatçılığı ilə Şərq tərəfdaşlığı siyasəti çərçivəsində 2014-cü ilin 11 noyabr tarixində Brüssel şəhərində keçirilmiş və “Kənd təsərrüfatının və kənd yerlərinin inkişafı “ mövzusuna həsr olunmuş 3-cü panel toplantısında iştirak edib.

 

 

Ucnoqta.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu iclasda əsasən torpaq sahələrinin konsolidasiyası prosesinə aid təqdimatlar, mərkəzi və şərqi Avropa ölkələrində bu istiqamətdə həyata keçirlimiş layihələr və tədbirlər, tətbiq edilmiş metodologiyalar, əldə edilmiş nəticələr, konsolidasiya prosesində qarşıya çıxan problemlər haqqında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aparıcı mütəxəssilərinin təqdimatları keçirilmiş, həmçinin Niderland Krallığı, Fransa, Polşa və Litvanın təcrübələrinə dair məlumatlar verilmiş və müzakirələr aparılmışdır. 

Iclasda kənd təsərüfatının və kənd yerlərinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatında səmərəliliyin artırılması məqsədilə kiçik torpaq sahələrinin və fermer təsərrüfatlarının  birləşdirilməsinin vacibliyi qeyd olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, mərkəzi və şərqi Avropa ölkələrində əldə edilmiş uğurlu nəticələr, kənd yerlərində infrastrukturun yaxşılaşdırılması, torpaq-iqlim şəraitinin xüsusiyyətləri, texniki-iqtisadi əsaslandırma, ətraf mühitin qorunması, marirfləndirmə, müvafiq ərazilər çərçivəsində  kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fəaliyyət istiqamətləri, ixtissaslaşma və bu kimi digər amillər nəzərə alınmaqla kompleks layihələrin və uzunmüddətli proqramların hazırlanıb həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.  

 

Bəhruz

Tarix
15 Noyabr 2014 [18:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin