Bahar Muradova: "Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik"

14:42 - 24 Fevral 2017 - Xəbər

"Ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik". Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə çıxışı zamanı deyib. B.Muradova qeyd edib ki, Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoydu:
"Xocalı soyqırımı və ermənilərin digər cinayətləri haqqında həm ölkə daxilində, həm də ölkə xaricində təbliğat işləri aparırıq. Əks halda, ayrı-ayrı dövlətlər Xocalı soyqırımını tanımazdı. Biz öz torpaqlarımıza qayıtdıqdan sonra da bu təbliğat işlərini davam etdirəcəyik, ermənilərin vəhşi obrazının unudulmasına imkan verməyəcəyik”.

Xəbər xətti