Navid Həsən Naqvi: "Dünya Bankının Azərbaycanda 10 aktiv layihəsi var"

11:08 - 24 Fevral 2017 - İQTİSADİYYAT

"Hazırda Azərbaycanda 10 fəal layihəmiz var və onların ümumi dəyəri 2,5 mlrd. ABŞ dollarıdır". Bunu "Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi"nin II fazasının təqdimat mərasimində çıxış edən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib. N.H.Naqvi qeyd edib ki, təmsil etdiyi Bank Azərbaycanda 15 texniki yardım layihəsi reallaşdırır: "Dünən də cənab Rüfət Aslanlıya deyirdim ki, Azərbaycanda reallaşdırdığımız layihələr sırasında bu, ən önəmli layihədir. Biz bank sektorunun inkişafı üçün Azərbaycan hökumətinə hər cür yardım etməyə hazırıq. Məhz maliyyə sektoruna dəstək göstərmək üçün işimizi davam etdirəcəyik".

Xəbər xətti