Ana səhifə
26 Aprel 2018

ATƏT PA-nın Baş Katibi AzayQuliyevə təşəkkür etdi

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası dünən işinə başlayıb. ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası canlı yayımlanıb. Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin rolunu xüsusi qeyd edib və təşəkkürünü çatdırıb. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev öz növbəsində Özbəkistanın sessiyanın işinə qatılmasını alqışladığını deyib və bu ölkənin ATƏT-in mühüm üzvü olduğunu bildirib. Vitse-prezident çıxışında ATƏT PA-nın Baş Katibinin fəaliyətini müsbət qiymətləndirib. Seçki Müşahidə missiyası haqda danışan Azay Quliyev beynəlxalq katibliyə seçki üzrə ixtisaslaşmış hüquqşünasın cəlb olunmasını təklif edib. Onun sözlərinə görə, belə bir mütəxəssisin olması ATƏT PA-nın seçki müşahidə missiyasının işinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası işini plenar iclasda təşkil olunan “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatla davam etdirəcək. Bu gün ATƏT PA rəhbərlərinin məruzələri dinləniləcək, Daimi Komitənin iclasında isə ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunacaq.

 

Elmin

Tarix
24 Fevral 2017 [02:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ