Sabah paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

17:09 - 22 Fevral 2017 - Xəbər

 Sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. 
Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər xətti