"Mehriban xanım Əliyevanın uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq"

15:09 - 22 Fevral 2017 - SİYASƏT

"Böyük ictimai nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi çox mühim bir hadisədir". Bunu Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. "Cənab Prezidentin bu qərarı ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən dogru qərardır. Əminəm ki, biz hamımız  Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident kimi uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq" – deyə, Azay Quliyev bildirib.

 

Elmin

Xəbər xətti