Ana səhifə
19 Yanvar 2018

Rufiz Qonaqov: “Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi tarixi qərardır”

"Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vaxtında və yerində verilmiş tarixi qərardır. Bu təyinat dövlətimizi daha güclü edəcək, sabitliyimizi gücləndirəcək". Bunu Agyol.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov ölkə başçısı İlham Əliyevin məlum təyinatını şərh edərkən bildirib. Rufiz Qonaqovun sözlərinə görə, Mehriban Əliyeva uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır: "Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq, partiyanın və onun üzvlərinin maraqlarını daim yüksək səviyyədə müdafiə edib.  Mehriban Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və deputat kimi seçildiyi dairədə böyük işlər görüb. Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkəmizin xaricdə dostlarının sayı artıb. 2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondunun fəaliyyəti göz qabağındadır. Fondun gördüyü işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Məktəblərin tikintisi, imkansız şəxslərin müalicəsinə yardım, milli mədəni irsin qorunması, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunması Heydər Əliyev Fondunun prioritetlərinə daxildir. 


Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvü kimi çox məhsuldar işlər görüb. 2012-ci ildə "Eurovision" adlı mahnı müsabiqəsi,  2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Mehriban Əliyevanın fəaliyyətinin nəticəsində mümkün olub. Bu il IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib ki, bu da təsadüfi deyil. İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə heç kəsdə şübhə yoxdur". 


Rufiz Qonaqov qeyd etdi ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə böyük nüfuzu var, bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib: "Mehriban Əliyeva 10 ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir. Onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayıb. Mehriban Əliyevanın  gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq əsas götürülüb. O, məhz bu kimi mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə edib. Bütün bu uğurlardan sonra Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin edilməsi doğru qərardır”. 

Rufiz Qonaqov onu da qeyd etdi ki, Mehriban xanım Əliyeva Azərbaycan dövlətçiliyinin təbliği sahəsində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Mehriban xanımın ötən illər ərzində qazandığı uğurlar onun yüksək vəzifəyə təyin edilməsinə zəmin yaradıb. Heç də təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənib. Düşünürəm ki, bu təyinat Azərbaycanda sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafın daha da güclənməsi baxımından vacibdir. Mən əminliklə deyə bilərəm ki, Mehriban xanım Əliyeva ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacaq, var gücü ilə Azərbaycana layiqlə xidmət edəcək. Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".

Tarix
22 Fevral 2017 [13:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ