Gənc Tamaşaçılar Teatrı beynəlxalq qastrollara hazırlaşır

15:59 - 21 Fevral 2017 - Mədəniyyət

 Gənc Tamaşaçılar Teatrının kollektivi qastrol səfərlərinə hazırlaşır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-30-də Gənc Tamaşaçılar Teatrının kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrında 2 gün, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında 3 gün, daha sonra isə Qroznı şəhərində Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında 2 gün qastrol səfərində olacaq. Teatr Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirəcək.
Səfər zamanı ADGTT-nın direktoru Mübariz Həmidovun Gürcüstan və Rusiya ASSİTEJ Milli Mərkəzlərinin rəhbərləri ilə görüşü də baş tutacaq.
Qarşılıqlı səfərlərin şərtlərinə əsasən, mayın 5-7-də Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı, 19-21-də isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakıda tamaşalar nümayiş etdirəcəklər.

Aprelin 17-27-də isə teatrın başqa bir qrup üzvü daha bir Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Rusiya Federasiyasının Kineşma (İvanov vilayəti) şəhərində keçiriləcək Azərbaycan “Hərarətli ürək” Klassik Rus Dramaturgiyası III Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun “Dəlinin qeydləri” tamaşası ilə təmsil olunacaq.
Tamaşada əsas obrazın ifaçısı əməkdar artist Şövqi Hüseynovdur. 

Xəbər xətti