Ceyms Uorlik: "Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqu bərpa edə bildiyimizə görə fəxr edirəm"

11:22 - 21 Fevral 2017 - SİYASƏT

"Tərəflərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində daha intensiv işləməli olduğunu hesab edirəm". "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik deyib. "Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilmısinə meyilli olduğuna inanıram. Onlar bu istiqamətdə daha intensiv işləməlidirlər", - C.Uorlik bildirib. O, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqu bərpa edə və davamlı sülhə gətirib çıxara biləcək təkliflərini təqdim edə bildiklərinə görə fəxr etdiyini vurğulayıb. "Əlbəttə, hamımız münaqişənin həll edilməsini istəyirik, lakin bu məsələ prezidentlərin əlindədir. Mühüm iş davam etdiriləcək", - C.Uorlik əlavə edib.

Xəbər xətti