İpoteka Fondu 20 milyon manatlıq istiqraz buraxır

15:58 - 20 Fevral 2017 - İQTİSADİYYAT

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan 20 000 ədəd faizli ipoteka istiqrazların buraxılışı AZ2012008689 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb. Bu barədə Trend-ə Palatadan məlumat verilib.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti isə 3600 gündür.

Xəbər xətti