Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

14:30 - 20 Fevral 2017 - Xəbər

2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək. Bu barədə Trend-ə İstehsalat Birliyindən məlumat verilib. Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını hər ayın 5-dək ödəmək lazımdır. Ödəniş gecikdirilərsə, ayın 6-da telefon xətti birtərəfli qaydada, ayın sonunda isə ikitərəfli qaydada bağlanacaq.
Qeyd edək ki, aylıq abunə haqqı əhali üçün 2,5 manat, korporativ istifadəçilər üçün isə 7 manat təşkil edir.

Xatırladaq ki, bundan əvvəl (2016-cı il sentyabrın 1-dən) dövlət operatoru internet və IP-TV xidmətlərinə görə də öncədən ödəniş sistemini tətbiq edib.

Xəbər xətti