Azərbaycanlı jurnalistin yardıma ehtiyacı var

14:10 - 20 Fevral 2017 - Cəmiyyət

Ağır xəstəlikdən əziyyət çəkir 

Jurnalist Mətanət Şamilqızı xərçəng xəstəliyindən əziyyət çəkir. Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, M.Şamilqızı bildirib ki, ilk dəfə 2010-cü ildə əməliyyat olunub: "Xəstəliyin ağır olduğunu həkimlər əməliyyatdan sonra bildilər. Həmin ilin dekabrında yenidən əməliyyat olundum. Əməliyyat olunduğum İranda həkim nəzarətində idim. 2017-ci ildə müayinə vaxtı yenidən onkoloji xəstəlik aşkarlandı. Yanvarın 17-də əməliyyat olunmuşam. Şiş bədxassəli idi, fevralın 3-də bir daha əməliyyat edildim. Hazırda bir ay yarım hər gün şüa almalıyam və beş il dərman qəbul etməliyəm".

Jurnalistin bu müalicəni gerçəkləşdirmək üçün on min manata ehtiyacı var. 

Qeyd edək ki, M.Şamilqızı rəhmətə gedən bacısının iki uşağını övladlığa götürüb. Özünün də iki uşağı var. Həyat yoldaşı ondan ayrılıb. 

Jurnalistə yardım etmək istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya və ya bank hesabından istifadə edə bilərlər:

Əlaqə telefonu: (+994 55) 780 22 65

Beynəlxalq Bank / Manat hesabı:
AZ24IBAZ33811018403129990216

Beynəlxalq Bank / Dollar hesabı:
AZ94IBAZ33881019443129990216

Xəbər xətti