Gömrükçülər külli miqdarda siqaretin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısını alıb

13:40 - 20 Fevral 2017 - Xəbər

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd "Comet" adlı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti