Ana səhifə
19 İyul 2018

İran XİN: "Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir"

“Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”. ucnoqta.az-ın xəbərinə görə, bunu Apa-ya İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, bu addım qəbulolunmazdır: “Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir  kömək etməyəcək.  Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”.
B. Qasimi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Tehrana səfər edəcək. Onun sözlərinə görə, İranın Azərbaycana baxışı  aydın və dəqiqdir: “Bizim münasibətlərimiz möhkəmdir və çalışırıq ki, daha da inkişaf etsin”.
XİN-in sözçüsü qeyd edib ki, bu günlərdə İranın ədliyyə naziri Azərbaycanda səfərdə olub: “Cənab prezident İlham Əliyevin İrana səfəri bu yaxşı əlaqələrin daha da yaxşılaşmasına zəmin yaradacaq”.

Tarix
20 Fevral 2017 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin