Avropa Komissiyasının vitse-prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

10:52 - 20 Fevral 2017 - Xəbər

Avropa Komissiyasının enerji ittifaqı məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviçin Azərbaycana səfərinin proqramı açıqlanıb. "Report" Avropa İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, Maroş Şefçoviç fevralın 23-də Bakıda keçiriləcək Cənub qaz dəhlizinin Məşvərət Şurasının üçüncü iclasında çıxış edəcək. Həmçinin, Cənub qaz dəhlizinin Məşvərət Şurasının üçüncü iclası zamanı Avropa Komissiyası vitse-prezidenti Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakislə, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalendayla, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrakla, Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliçlə görüşlər keçirəcək.

Xəbər xətti