Vergilər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

10:42 - 20 Fevral 2017 - Xəbər

Fevralın 24-də vergilər naziri Fazil Məmmədov Goranboy rayonunda vətəndaşları qəbul edəcək.  Vergilər Nazirliyindən verilən məlumata görə, görüşdə Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar iştirak edə bilər. Məlumatda deyilir ki, qəbul Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsi,2 ünvanında yerləşən Aşıq Məktəbində baş tutacaq. Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq. Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsi, Qazax rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Ağstafa rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Tovuz rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Gədəbəy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Xəbər xətti