Ana səhifə
19 İyul 2018

ATƏT-in baş katibi: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur.Ucnoqta.az trend-ə istinadən verdiyi məlumatına görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier “TASS”a müsahibəsində deyib. O deyib ki: “Son bir neçə gündə yenə insidentlər olub. Biz baş verənlərdən çox narahatıq. Münhendə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşləri olub. Müzakirələr müsbət idi, lakin əhəmiyyətli irəliləyiş yoxdur. Biz tərəflər razılığa gəldiyi bütün mexanizmləri işə salmağa hazırıq. Amma biz qərarların qəbul edilməsində tərəfləri əvəz edə bilmərik. Təəssüf ki, irəliləyiş azdır və mənim hər iki ölkə liderlərinin görüşü ilə bağlı vaxt demək imkanım yoxdur ki, sammit olsun. Bu, istənilən halda hələlik aktual deyil”.
Zannierin sözlərinə görə, eyni zamanda, ağır silahların istifadəsi və mülki şəxslər arasında qurbanların olması faktı mövcuddur ki, bu vəziyyətin pisləşməsini göstərir.

Tarix
19 Fevral 2017 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin